Bu yay karyerasını başa vuran "Real"ın keçmiş yarımmüdafiəçisi Eden Hazard Səudiyyə Ərəbistanında oynamağa getməməsinin səbəbini açıqlayıb.

Matc.az xəbər verir ki, Hazard bu barədə yerli mətbuata açıqlama verib: “Səudiyyə Ərəbistanına gedib həftədə milyonlar ala bilərdim. Səudiyyə Ərəbistanından iki-üç təklifim olub. Amma artıq pulum çoxdur. Bilirsiz necə yaşayıram? Çox pul xərcləmirəm. Ona görə də övladlarımı böyütməyə kifayət qədər pulum var”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest