“Arsenal”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays 2023-cü ilin yayında reallaşan transferindən danışıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. "Topçular" 24 yaşlı ingilis futbolçunun transferi üçün "Vest Hem"ə 116 milyon avro ödəyib. Oyunçu açıqlamasında deyib: "Mən futbolçuyam. Almaq üçün 116 milyon avro ödəyiblər. Bu, çox adi hiss deyil. Əvvəllər düşünürdüm ki, Deklan Rays olmağım, özüm olmağım və başqalarından fərqlənməməyim kifayət idi. Çox gözəl hisslərdir. Sevincliyəm və qürurluyam".

Qeyd edək ki, Deklan Rays "Arsenal" ilə 30 iyun 2028-ci ilə qədər 5 illik müqavilə imzalayıb. Bu il o, bütün turnirlərdə 18 matçda iştirak edib və 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest