Azərbaycan Kubokunda I təsnifat mərhələsi başa çatıb. Matc.az xəbər verir ki son gündə II Liqa komandaları “Şəfa” ilə “Şəmkir” qarşılaşıb.
1:1 hesabı ilə yekunlaşan görüşdə penaltilər seriyasını daha dəqiq yerinə yetirən “Şəfa” (5:3) II təsnifat mərhələsinə yüksəlib. Komandanın oradakı rəqibi “Səbail” olacaq.
 
Qeyd edək ki, bundan əvvəl “Lerik”, “Şahdağ Qusar”, “Göygöl”, “Cəbrayıl”, “Kür-Araz” və “Baku Sportinq” II təsnifat mərhələsinə vəsiqə qazanmışdılar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest