İngiltərə Premyer Liqasında ilk 6 yeri tutan komandalar turnirin pul mükafatının böyük hissəsini alacaqlar. Matc.az xəbər verir ki, bu dəyişiklik 2025-26 mövsümündə reallaşacaq.
 
Premyer Liqa çempionu “Mançester Siti” ötən mövsüm 184 milyon, 20-ci yeri tutan “Sauthempton” isə 114 milyon avro qazanmışdı.
Bu artım qismən Avropada yüksək inflyasiya səviyyəsi ilə bağlıdı. Razılaşmanın əldə olunması üçün Premyer Liqa klublarının yarıdan çoxu buna səs verməlidi. Yeni tarifə uyğun olaraq, aşağı liqa klublarına isə 149 milyon avro ayrıla bilər.
 
Qeyd edək ki, Premyer Liqa yayda 2,7 milyard avro xərcləyərək, yeni xərcləmə rekordu qırıb. Mükafat pulu artarsa, İngiltərə komandalarının gələcək transfer pəncərələrində də xərcləri artacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest