Fransa 1967-ci ildən bəri bir oyunda 14 qol vuran ilk UEFA komandası oldu.

Matc.az xəbər verir ki, noyabrın 18-də AVRO-2024-ün seçmə mərhələsində Cəbəllütariqlə görüşdə üçrənglilər 14:0 hesabı ilə inamlı qələbə qazanıblar. Danimarka komandası sonuncu dəfə Avropa komandaları arasında bir oyunda 14 qol vurmağı bacarmışdı. 23 avqust 1967-ci ildə skandinaviyalılar yoldaşlıq görüşündə İslandiyanı 14:2 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, Cəbəllütariqlə oyunun nəticəsi sayəsində Fransa bir neçə yeni rekorda imza atıb. Bir matçda vurulan qolların sayına görə AVRO seçmə rekordu (əvvəlki rekord Almaniya - San Marino matçına məxsus idi - 13:0) olub. Fransa komandasının tarixində ən böyük qələbəsi (əvvəllər Azərbaycan üzərində 10:0) və AVRO seçmə mərhələsinin tarixində ən böyükhesablı qələbəsi (həmçinin Almaniya - San Marino - 13:0) sayılır.

Bu həm də Cəbəllütariqin tarixində ən böyük məğlubiyyət idi. Bundan əvvəl Cəbəllütariq Belçikaya 0:9 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest