Azərbaycan millisi AVRO-2024-ün seçmə qrup mərhələsində sonuncu oyununa çıxıb. Matc.az xəbər verir ki, komandamız Brüsseldə Belçika yığması ilə qarşılaşıb.
 
Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0. Belçikalıların heyətində 17, 26, 30 və 37-ci dəqiqələrdə Romelu Lukaku, 90-cı dəqiqədə Leandro Trossard fərqlənib. F qrupunun digər görüşündə İsveç Estoniyanı məğlubiyyətə uğradıb - 2:0.
 
Bu nəticələrdən sonra xallarının sayını 20-yə çatdıran Belçika seçmə mərhələni qrup lideri kimi başa vurub. Avstriya 19 xalla ikinci, İsveç 10 xalla üçüncü, millimiz 7 xalla dördüncü, Estoniya bir xalla sonuncu yeri tutub.
 
AVRO-2024
19 noyabr
 
Belçika - Azərbaycan 5:0
Qol: Romelu Lukaku, 17; 26; 30; 37; Leandro Trossard, 90.
Baş hakim: Georg Boqar (Macarıstan)
 
Belçika: 12. Kun Kastels, 4. Vaut Fas, 5. Yan Vertongen, 21. Timoti Kastan, 3. Artur Teat, 18. Orel Manqala, 6. Aster Vranks, 9. Leandro Trossard, 19. Yohan Bakayoko, 7. Ceremi Doku, 10. Romelu Lukaku (k)

Baş məşqçi: Domeniko Tedesko

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 3. Elvin Cəfərquliyev, 17. Toral Bayramov, 14. Eddi İsrafilov, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 9. Renat Dadaşov

Baş məşqçi: Canni De Byazi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest