Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində keçirilən minifutbol üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, Azərbaycan milli komandası bu gün turnirdə ikinci oyununa çıxıb.
 
Elşad Quliyevin çalışdırdığı kollektiv Misir seçməsi ilə qarşılaşıb. Duel komandamızın 4:1 hesablı qələbəsi ilə bitib. Qolları Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar. Beləliklə, milli növbəti mərhələyə vəsiqəni təmin edib.
 
Minifutbol üzrə dünya çempionatı
G qrupu
 
18:30. Azərbaycan - Misir 4:1
Ras Əl-Xayma, BƏƏ.
 
Xatırladaq ki, Azərbaycan millisi mundialda keçirdiyi ilk görüşdə İraq üzərində 2:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest