"Sabah" basketbol komandası bu gün FİBA Avropa kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxacaq. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi Türkiyənin "Bağçaşəhər" kollektivini qəbul edəcək.
 
"Sərhədçi" İdman Mərkəzində keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.
 
Xatırladaq ki, "Sabah" ilk görüşündə Monteneqroda "Mornar"a 75:80 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest