Azərbaycan millisinin sabiq üzvü karyerası ərzində 6 klubun formasını geyinib. O, "Bakı"da 54, "Qarabağ"da 2, "Kəpəz"də 76 (2 qol), "Sumqayıt"da 34 (3 qol), "Şamaxı"da 45 (2 qol), hazırkı klubunda isə 39 oyunda (4 qol) çıxış edib.

Misli Premyer Liqasının VII turunda "Sumqayıt"la keçirilən oyun "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev üçün əlamətdar olub. Matc.az xəbər verir ki, qolsuz bərabərliklə başa çatan qarşılaşma müdafiəçinin ölkə çempionatlarında 250-ci oyunu olub.
 
31 yaşlı oyunçu geridə qalan müddətdə rəqib qapılarından 11 top keçirib. O, ölkə çempionatları tarixində 250 oyuna çatan 71-ci oyunçu olub.
 
Əliyev Premyer Liqada 2011-12 mövsümündə "Bakı"nın heyətində debüt edib. Azərbaycan millisinin sabiq üzvü karyerası ərzində 6 klubun formasını geyinib. O, "Bakı"da 54, "Qarabağ"da 2, "Kəpəz"də 76 (2 qol), "Sumqayıt"da 34 (3 qol), "Şamaxı"da 45 (2 qol), hazırkı klubunda isə 39 oyunda (4 qol) çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest