Tennis üzrə 22 dəfə "Böyük Dəbilqə"nin qalibi olan Rafael Nadal maraqlı açıqlama verib. Matc.az xəbər verir ki, ispaniyalı idmançı gələcəkdə azarkeşlik etdiyi "Real Madrid"in prezidenti olmaq istədiyini deyib. 
 
O, bu barədə "Movistar" telekanalına müsahibəsində danışıb: "Bəli, klubun prezidenti olmaq istərdim. Amma indi "Real Madrid"in başında ən yaxşı prezident var . Həyatda çox dönüşlər olur. Klub prezidenti olub-olmayacağımı zaman göstərəcək".
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest