35 yaşlı yarımmüdafiəçi artıq karyerasını bitirmək qərarına gəldiyini söyləyib. Məmmədov bunu aşağı liqada oynamamaq istəyi ilə əlaqələndirib. O, bundan sonra məşqçi kimi fəaliyyət göstərməyi planlaşdırır.

Azərbaycan yığmasının sabiq futbolçusu Elvin Məmmədov futboldan gedib. Bu barədə matc.az saytına təcrübəli oyunçu özü məlumat verib.
35 yaşlı yarımmüdafiəçi artıq karyerasını bitirmək qərarına gəldiyini söyləyib. Məmmədov bunu aşağı liqada oynamamaq istəyi ilə əlaqələndirib.
 
O, bundan sonra məşqçi kimi fəaliyyət göstərməyi planlaşdırır.
 
Qeyd edək ki, Elvin Məmmədov karyerası ərzində "Turan", "İnter", "Qarabağ", "Bakı", "Zirə", "Qəbələ", "Sumqayıt" və "Şamaxı"da çıxış edib. O, 2008-2017-ci illərdə Azərbaycan millisinin heyətində 38 oyunda 7 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest