"Qarabağ" klubu yay transfer dönəmində ilk transferini açıqlayıb. Matc.az xəbər verir ki, "köhlən atlar" "Zirə"dən ayrılmış Hamidu Keyta ilə üç illik müqavilə imzalayıb.

28 yaşlı fransalı hücumçu Ağdam təmsilçisində 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Hamidu Keyta ötən ilin əvvəlində "Zirə"yə keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest