Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə komandalararası dünya çempionatı davam edir. Matc.az saytının məlumatına görə, bu gün mötəbər yarışda VII turun görüşləri keçirilib.

İlk 6 turda aktivinə 4 xal yazdıran Azərbaycan millisi çətin sınağa çıxıb. Komandamız turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış Hindistanla üz-üzə gəlib. Dörd şahmatçımızın hər biri rəqibi ilə sülh bağlayıb. Nəticədə komandamız Hindistanla heç-heçə edib.

Qeyd edək ki, millimizin liderləri Teymur Rəcəbovla Şəhriar Məmmədyarovun yoxluğunda ölkəmizi çempionatda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov təmsil edir.

 

Dünya çempionatı, VII tur

13 mart

Azərbaycan - Hindistan - 2:2

Arkadi Naydiç - Baskaran Adhiban - 0,5:0,5

Qədir Hüseynov - Krişnan Saşikiran - 0,5:0,5

Eltac Səfərli - Surya Şexar Qanquli - 0,5:0,5

Nicat Abbasov - Panayapan Seturaman - 0,5:0,5

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest