Bu gün Yüksək Liqada XII turun oyunları keçirilib. Matc.az xəbər verir ki, turun bütün matçları "Olimpik Star"da baş tutub.

İlk oyundan əvvəl fevralın 6-da qardaş Türkiyədə baş vermiş faciəvi zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tura lider "Araz Naxçıvan"la "4-lüy"ə iddialı "Record"un dueli ilə start verilib. Lider bu oyunda növbəti qələbəsini rəsmiləşdirib. İkinci oyun daha məhsuldar alınıb. "Neftçi" autsayder "Alyans"ın qapısına 18 dəfə yol tapıb. Turun son matçı da meydan sahibləri üçün məhsuldar alınıb. Böyükhesablı qələbə qazanan "Baku Fire" ikinci pillədəki yerini möhkəmləndirib.

Yüksək Liqa
XII tur
9 fevral

Record - Araz Naxcıvan 0:12
Qollar: Ramiz çovdarov, 3:19; 34:23; 36:30. Nata Felipe de Moraes, 8:00; 26:16; 27:13. Xətai Bağırov, 11:30. İsa Atayev, 13:06. Xəzər Ağalızadə, 19:13. Felipinyo, 22:07. Amadeu, 26:58, 37:33.
Hakimlər: Mahir Məmmədov, Kənan Məlikov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Ramiz Əsədov.
"Olimpik Star". Saat 14:00.

Neftçi İK – Alyans 18:1
Qollar: Ali Mikaeli, 2:26; 9:03. Nurlan Mehdizadə, 5:45; 5:59; 10:50; 20:07. Rüfət Balakişiyev, 7:47. Mirzə Əmirov, 9:41; 21:33; 33:02; 36:06. Behzad Hassanzadeh, 16:25; 24:57. Hasan Ali Jafari, 24:18; 36:44. ülvi Əliyev, 27:21; 27:58. Fərid Atakişiyev, 36:23 - Mohammadhossein Heydarpoor, 30:08.
Hakimlər: Hacıəli Ağayev, Nahid Xasıyev, Ramil Namazov.
Hakim-inspektor: Azad Hüseynov.
"Olimpik Star". Saat 16:00.

Baku Fire - U-19 13:1
Qollar: Henrique, 1:28. Soruş Heydari, 2:29; 17:49; 38:27. Tofiq Əliyev, 6:32; 7:06; 18:59. Oruc Baxşəlizadə, 10:41. Kənan Manafov, 15:13; 22:56. Murad Quluzadə, 16:00. Leonardo, 19:09; 32:03 - Kərim Babayev, 39:53.
Hakimlər: Anar Fərəcov, Xəlil Xəlilov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Mehman Mahmudov.
"Olimpik Star". Saat 18:00.

Xal: Araz Naxçıvan – 34. Baku Fire – 28. Neftçi İK – 23. Record – 15. U-19 – 3. Alyans – 3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest