Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə komandalararası dünya çempionatı davam edir. Matc.az saytının məlumatına görə, bu gün mötəbər yarışda IV turun görüşləri keçirilib.

İlk iki turda çin və İngiltərəyə uduzan, dünən isə ev sahibi Qazaxıstanla heç-heçə edən yığmamızın bu dəfəki rəqibi İsveç olacaq. Ancaq komandamız isveçlə də bacara bilməyib. Yalnız Rauf Məmmədov qalib gələ bilib. Digər 3 şahmatçımız isə rəqibinə yenilib.

Qeyd edək ki, millimizin liderləri Teymur Rəcəbovla Şəhriar Məmmədyarovun yoxluğunda ölkəmizi çempionatda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov təmsil edir.

 

Dünya çempionatı, IV tur

8 mart

İsveç – Azərbaycan - 3:1

Nils Qrandelius - Arkadi Naydiç - 1:0

Hans Tikkanen - Rauf Məmmədov - 0:1

Aksel Smit - Qədir Hüseynov - 1:0

Erik Blumkvist - Eltac Səfərli - 1:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest