Bu gün başa çatan ilk görüşdə Naydiç qalib gəlsə də, millimiz bu üstünlüyü qoruya bilməyib. Rauf Məmmədov və Eltac Səfərlinin məğlubiyyəti, Qədir Hüseynovun isə heç-heçəsi yığmamızın növbəti yenilgisinə səbəb olub.

Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə komandalararası dünya çempionatı davam edir. Matc.az saytının məlumatına görə, bu gün mötəbər yarışda II turun görüşləri keçirilib.

İlk turda çinə uduzan (0,5:3,5) yığmamız bu dəfə İngiltərə ilə üz-üzə gəlib. Rəqib isə startda Qazaxıstana qalib gəlmişdi – 2,5:1,5.

Yığmamızın liderləri Teymur Rəcəbovla Şəhriar Məmmədyarovun yoxluğunda ölkəmizi çempionatda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov təmsil edir.

Bu gün başa çatan ilk görüşdə Naydiç qalib gəlsə də, millimiz bu üstünlüyü qoruya bilməyib. Rauf Məmmədov və Eltac Səfərlinin məğlubiyyəti, Qədir Hüseynovun isə heç-heçəsi yığmamızın növbəti yenilgisinə səbəb olub.

 

Dünya çempionatı, II tur

Azərbaycan - İngiltərə - 1,5:2,5

Arkadi Naydiç - Mayk Adams - 1:0

Rauf Məmmədov - Luk Makşeyn - 0:1

Qədir Hüseynov - Deyvid Hauell - 0,5:0,5

Eltac Səfərli - Cons Qaveyn - 0:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest