Azərbaycanın qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq. Matc.az xəbər verir ki, komanda 1/32 finalın ilk oyununda Slovakiya təmsilçisi "Slaviya" ilə üz-üzə gələcək.
 
Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşmaya saat 18:00-da start veriləcək. Cavab görüşü noyabrın 30-da eyni arenada gerçəkləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest