Oktyabrın 29-da Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" – "Səbail" oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, biletlərin qiyməti 3 və 10 manatdır. 
 
3 manatlıq biletlər stadionunun birinci yarusunun üstüaçıq tribunaları, çox məhdud sayda olan 10 manatlıq biletlər isə VİP tribuna üçün nəzərdə tutulub. 3 manatlıq biletlər rənglərinə uyğun olaraq iki yerə bölünür: sarı rəngli biletlər B (stadiona daxil olarkən sol tərəfdəki tribunalar), göy rəngli biletlər isə A sektoru (sağ tərəfdəki tribunalar) üçün keçərlidir.
 
Biletləri "Offside" futbol meydançasından (Elbrus Allahvediyev küçəsi), "Kolorit Kafe"dən (Cavad Xan küçəsi) və "Caspi Parfum" dükanından (Heydər Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsi) əldə etmək olar. Bilet satışı oyun günü Gəncə şəhər stadionunun kassasında da olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest