Misli Premyer Liqasının XI turunun "Neftçi" ilə oyunundakı qələbə "Sabah" üçün ikiqat yubileylə əlamətdar olub. Matc.az xəbər verir ki, paytaxt klubu ölkə çempionatının yüksək dəstəsində 40-cı dəfə üç xal qazanıb.
 
Bakılılar bunadək keçirdiyi 114 matçda 39 dəfə qalib gəlmişdi. 115-ci qarşılaşmada əldə olunan 3:2 hesablı nəticə 40-cı qələbə kimi tarixə düşüb.
 
öz meydanında 20 dəfə üç xal qazanan "Sabah" səfərdə də 20-ci uğuruna sevinib. Paytaxt təmsilçisi 58-ci görüşdə bu rəqəmə çatıb.
 
Qeyd edək ki, "Sabah" həm Premyer Liqada, həm də səfərdə ilk uğurunu 2018-ci il avqustun 12-də "Keşlə" (indiki "Şamaxı") ilə matçda əldə edib – 1:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest