Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi komanda beynəlxalq yoxlama oyunu çərçivəsində Moldovanın U-21 yığması ilə qarşılaşıb.
 
"Dalğa Arena"da baş tutan matçı Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev və Kamran Əliyevdən ibarət yerli hakimlər idarə ediblər.
 
Qarşılaşma isə qolsuz yekunlaşıb – 0:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest