"İkinci yarıdakı performansımız bundan sonrakı matçlarda toparlanmağımız üçün səbəb olmalıdı"

Slovakiya yığmasının kapitanı Milan Şkrinyar Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən oyunu dəyərləndirib. Matc.az saytı xəbər verir ki, 27 yaşlı müdafiəçi Trnavadakı 1:2 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb.
 
O, fasilədən sonra daha yaxşı çıxış etdiklərini söyləyib:
 
"Əlimizə düşən imkanları dəyərləndirməliyik. İkinci hissədə kifayət qədər qol şansı yaratsaq da, qola çevirə bilmədik. Rəqib iki dəfə qapımıza yaxınlaşdı, hər ikisində qol vurdu. Birinci hissədə Azərbaycan yığması çox yaxşı qapandı. Fasilədə müəyyən dəyişiklik oldu, ikinci hissədə yaxşı və sürətli oynadıq. İkinci yarıdakı performansımız bundan sonrakı matçlarda toparlanmağımız üçün səbəb olmalıdı".
 
Qeyd edək ki, 5 turdan sonra Azərbaycan 7 xalla ikinci, Slovakiya isə 6 xalla üçüncü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest