çexiya klubu "Viktoriya"nın sabiq baş məşqçisi Roman Pivarnik Plzen təmsilçisinin çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" önündə şanslarını dəyərləndirib. Matc.az saytı xəbər verir ki, 55 yaşlı mütəxəssis Azərbaycan çempionunun kifayət qədər təhlükəli komanda olduğunu bildirib.
 
"Viktoriya" 2016-17 mövsümündə çempionlar Liqasının 3-cü raundunda "Qarabağ"la qarşılaşanda komandanın baş məşqçisi məhz Pivarnik olub. Həmin vaxt matçlarda 0:0 və 1:1 hesabı qeydə alınıb və səfər qolu sayəsində "Viktoriya" mərhələ adlayıb.
 
çexiyalı məşqçi Bakıda havanın isti keçməsinin həmyerlilərinə mənfi təsir edəcəyi fikri ilə razılaşmayıb: "Viktoriya"nın "Qarabağ"la üz-üzə gələcəyi Bakıda iqlim şəraiti fərqli deyil. Havanın temperaturu o vaxt təxminən bizim ölkədəki kimi idi. çünki oyun axşam saatlarında keçirilir. Nə dərəcədə rütubət olduğu heç yadımda deyil".
 
Roman Pivarnik "Qarabağ"ın 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"u üstələməsinin onun üçün sürpriz olmadığını əlavə edib: "Qarabağ"ın "Ferentsvaroş"u keçəcəyini gözləyirdim. Bu, mənim üçün şok olmadı. Macarıstan təmsilçisi də güclüdür, amma mən "Qarabağ"a daha çox güvənirdim. Yadımdadır ki, azərbaycanlılarla 6 il əvvəlki matçımızdan əvvəl media onları aşağı qiymətləndirirdi. Lakin "Qarabağ"ı mütəmadi izləyənlər nə qədər güclü olduğunu bilirlər".
 
Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Viktoriya" oyunu saat 20:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest