UEFA çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Viktoriya" (Plzen, çexiya) oyunu üçün onlayn bilet satışını həyata keçirən "iticket.az" saytında texniki problem yaranıb. Matc.az xəbər verir ki, buna görüşə marağın həddindən artıq böyük olması və eyni anda minlərlə azarkeşin bilet almaq cəhdi səbəb olub.
 
Yüklənmə üzündən saytda onlayn bilet satışı müvəqqəti olaraq dayandırılıb.
 
Hazırda biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, Ağdam klubunun "Park Bulvar"dakı fan-şopundan, "28 mall" və "Gənclik mall" ticarət mərkəzlərindəki satış məntəqələrindən almaq olar.
 
Avqustun 17-də keçiriləcək "Qarabağ" – "Viktoriya" matçına saat 20:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest