UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununun biletləri sabah - iyulun 31-də saat 11:00-dan etibarən satışa çıxarılacaq

UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununun biletləri sabah - iyulun 31-də saat 11:00-dan etibarən satışa çıxarılacaq. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.
 
Satış məntəqələri:
- Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
- Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
- Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (11:00-22:00).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest