Argentinanın paytaxtı Buenos Ayresədə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında boks yarışlarının püşkatma mərasimi keçirilib. Matç.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan millisinin üzvlərinin də rəqibləri bəlli olub.

Belə ki, yığmamızın bayraqdarı, Avropa çempionu Nurlan Səfərov (60 kq) ilk döyüşünü kanadalı Spenser Volcoksa qarşı keçirəcək. 69 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Nicat Həsənovun isə Olimpiadada debütü Amerika Samoasını təmsil edən Falaniko Tautaya qarşı olacaq.

Bu gün start götürəcək döyüşlər Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Oyunlarda boks yarışları 4 gün davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest