Futbol üzrə Uruqvay yığmasının kapitanı Dieqo Qodin Braziliyanın "Atletiko Mineyro" klubundan ayrılıb. Matc.az xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
 
O, klubla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib. Təcrübəli futbolçu bu ilin yanvar ayından Braziliya klubunda çıxış edirdi.
 
Artıq Qodinin yeni klubu da müəyyənləşib. Müdafiəçi Argentinanın "Velez Sarsfild" kluubna transfer olunub. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Uruqvaylı oyunçu ilə 2023-cü ilin dekabrın sonuna kimi müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest