Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu “Qarabağ” klubunu ziyarət edib

Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu “Qarabağ” klubunu ziyarət edib. Matc.az xəbər verir ki, Çavuşoğlu Ağdam klubunun bazasında baş məşqçi Qurban Qurbanov və komanda üzvləri ilə görüşüb.
 
Klubun idarə heyətinin üzvü Fevzihan Aras, direktoru Emrah Çelikel və meneceri Asif Əsgərov Hasan Çavuşoğluna klubu ziyarət etdiyi üçün təşəkkür edib. Görüşdə klublar arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
 
Çavuşoğluna “Qarabağ”ın forması hədiyyə olunub.
 
Xatırladaq ki, “Alanyaspor” klubunun prezidenti bu gün “Neftçi”nin də qonağı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest