FİFA 2021-ci ilin transfer hesabatını açıqlayıb. Matc.az qurumun saytına istinadən xəbər verir ki, ötən ilin ən bahalı transferi Romelu Lukaku olub. Belçikalı hücumçu “İnter”dən 97,5 milyon avro qarşılığında “Çelsi”yə keçib.
 
Siyahının ikinci pilləsində Dortmund “Borussiya”sından “Mançester Yunayted”ə keçən Ceydon Sanço yer alıb. “Qırmızı şeytanlar” ingilis cinah oyunçusu üçün Almaniya klubuna 85 milyon avro ödəyib.
 
İlk 3-lüyü “İnter”dən PSJ-yə keçən Əşrəf Hakimi tamamlayıb. Paris klubu mərakeşli müdafiəçi üçün 70,9 milyon avro ödəyib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest