Polis sözügedən şəxsin daha sonrakı bir tarixdə məhkəməyə çıxarılmasının gözlənildiyini yazıb.

Konfrans Liqasının pley-off mərhələsin avqustun 26-ı keçirilən "Aberdin" - "Qarabağ" oyunu zamanı baş verən insidentlə bağlı bir nəfər saxlanılıb. Matc.az xəbər verir ki, bu barədə Şotlandiyanın "The National" nəşri məlumat yayıb. Bildirilib ki, 65 yaşlı kişi Aberdindəki "Pittordi" stadionunda 26 yaşlı kişiyə hücum etməkdə ittiham olunub.
 
Polis sözügedən şəxsin daha sonrakı bir tarixdə məhkəməyə çıxarılmasının gözlənildiyini yazıb.
 
Qeyd edək ki, "Aberdin" - "Qarabağ" görüşü Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest