Dünən baş məşqçi Ronald Kumanla yollarını ayıran “Barselona”nı müvəqqəti olaraq kimin çalışdıracağı bilinib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin “sükan”ı müvəqqəti olaraq Sergi Barjuana tapşırılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Barjuan yeni baş məşqçi açıqlanana qədər komandanı oyunlara hazırlayacaq.
 
49 yaşlı mütəxəssis bundan əvvəl “Barselona”nın B komandasında baş məşqçilik edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest