Ümumiyyətlə, ən azı 5 top fərqinin qeydə alındığı 6 qələbədən üçü evdə, üçü səfərdə gerçəkləşib.

Futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turunda “Səbail”i qəbul edən “Qəbələ” 5:0 hesabı ilə qalib gəlib. Matc.az xəbər verir ki, bu, cari mövsümün startında ən böyükhesablı qələbədir.
 
“Qırmızı-qaralar” isə tarixində 6-cı dəfə Premyer Liqa görüşündə beş top və ya daha böyük fərqlə qalib gəlib.
 
Sonuncu belə “qol yağışı” 2019/20 mövsümünə təsadüf edib. 560 gün əvvəl “Qəbələ” “Sumqayıt”la ev qarşılaşmasında 5 cavabsız qol vurub.
 
Ümumiyyətlə, ən azı 5 top fərqinin qeydə alındığı 6 qələbədən üçü evdə, üçü səfərdə gerçəkləşib. 
 
“Qəbələ”nin Premyer Liqada 5 və ya daha çox top fərqilə qalib gəldiyi matçlar:
 
11.11.2007. Premyer Liqa. Gənclərbirliyi (Sumqayıt) - Qəbələ - 0:6
 
04.10.2015. Premyer Liqa. Qəbələ - Xəzər Lənkəran - 6:0
 
10.09.2016. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:8
 
25.11.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:6
 
07.03.2020. Premyer Liqa. Qəbələ - Sumqayıt - 5:0
 
18.09.2021. Premyer Liqa. Qəbələ - Səbail – 5:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest