İtaliyanın “Yuventus” klubunda daha bir futbolçu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Federiko Bernardeskinin də testi müsbət çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı italiyalı vinger karantinə alınıb.
 
Qeyd edək ki, "Yuventus"da daha əvvəl Leonardo Bonuççi və Merih Demiralda infeksiya aşkarlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest