İngiltərənin "Liverpul" klubunun kapitanı Cordan Henderson əməliyyat olunub.
 
Matc.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə futbolçunun qasıq nahiyəsindən uğurlu əməliyyat keçirdiyi diqqətə çatdırılıb.
 
"Liverpul" Hendersonun sağalma müddətini açıqlamayıb. İngiltərə mətbuatı isə 30 yaşlı yarımmüdafəçinin ən azı aprelə qədər yaşıl meydanlardan uzaq qalacağını iddia edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest