İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Nikolo Zanioloda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə 21 yaşlı italyan futbolçu sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
Xəstəliyin heç bir siptomunu hiss etmədiyini bildirən futbolçu karantinə alınıb. Onun məşqlərə nə vaxt başlayacağı bilinmir.
 
İtaliya yığmasının da üzvü olan Zaniolo, 2018-ci ildən “Roma”da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest