Futbol üzrə İngiltərə Premyer Liqasında 19-cu turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
 
Son turda “Brayton”u məğlub edən “Mançester Siti” bu dəfə “Kristal Pelas”ı sınağa çəkib və darmadağına sevinib.
 
“Tottenhem” isə səfərdə “Şeffild Yunayted” üzərində inamlı qələbə qazanıb.
 
Turun mərkəzi görüşü Mersisaydda keçirilib. Son çempion “Liverpul” doğma meydanda lider “Mançester Yunayted”lə qarşılaşıb. Tərəflər bu oyunda qapılara yol tapa bilməyiblər.
 
19-cu turun “Aston Villa” – “Everton” matçı təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
19-cu tur
16 yanvar
 
Vulverhempton – Vest Bromviç 2:3
Qol: Silva, 38. Boli, 43 – Pereyra, 8-pen; 56-pen. Ajayi, 52.
 
Lids – Brayton 0:1
Qol: Maupay, 17.
 
Vest Hem – Bernli 1:0
Qol: Antonio, 9.
 
Fulhem – Çelsi 0:1
Qol: Maunt, 78.
 
Lester – Sauthempton 2:0
Qol: Meddison, 37. Barnes, 90+5.
 
17 yanvar
 
Şeffild Yunayted – Tottenhem 1:3
Qol: Makqoldrik, 59 – Orye, 5. Keyn, 40. Ndombele, 62.
 
Liverpul – Mançester Yunayted 0:0
 
Mançester Siti – Kristal Pelas 4:0
Qol: Stounz, 26; 68. İ.Gündoğan, 56. Sterlinq, 88.
 
18 yanvar
 
00:00 Arsenal – Nyukasl

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest