“Qəbələ” İdman Klubu Azər Bağırova komandadakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və karyerasında uğurlar arzulayıb.

“Qəbələ”nin əsas komandasının məşqçilər korpusunda dəyişiklik olub.
 
Matc.az xəbər verir ki, “qırmızı-qaralar”ın məşqçisi kimi fəaliyyət göstərən Azər Bağırov komandadan ayrılıb.
 
2019-cu ilin oktyabrından bu klubda çalışan mütəxəssis 2019/20 mövsümündə məşqçi funksiyasını yerinə yetirib. Onun “Qəbələ”də çalışdığı müddətdə 15 matça (13-ü Premyer Liqa, 2-si Azərbaycan kuboku) çıxan “qırmızı-qaralar” 6 qələbə qazanıb, 2 heç-heçə edib və 7 dəfə məğlub olub.
 
“Qəbələ” İdman Klubu Azər Bağırova komandadakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və karyerasında uğurlar arzulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest