"Səbail"dən ayrılan Maykl Esyen karyerasını Şimali Kipr Türk Respublikasında davam etdirə bilər.
 
Matc.az sözügedən ölkənin mətbuatına istinadən xəbər verir ki, qanalı futbolçunun xidmətində yerli "Girne Halk Evi" klubu maraqlıdır.
 
38 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə oraya yollanacağı və Superliqaya yenicə vəsiqə qazanmış komanda ilə danışıqlar aparacağı bildirilib.
 
Qeyd edək ki, Maykl Esyen 2019-cu ilin martında "Səbail"ə transfer olunmuşdu. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest