İngiltərənin "Vulverhepmton" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun "Koventri"nin maraq dairəsində olduğunu bildirmişdik.  Matc.az "the 72"yə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu mövsüm sonunda komandasını dəyişməyə çox yaxındır.

Məlumata görə, "Koventri"nin baş məşqçisi Mark Robins yığmamızın üzvünü heyətə qatmaqda israrlıdır. Renatın çıxışı ingiltərəli mütəxəssisin diqqətindən yayınmayıb. Baş məşqçi 23 yaşlı forvardın komandanın digər hücumçusu Mett Qoddenlə rəqabətə girə biləcəyini düşünür.

çempionşip təmsilçisinin azarkeşləri də Dadaşovun transferinə müsbət yanaşır. Belə ki, sözügedən saytda "Koventri" tərafdarları üçün sorğu keçirilir. "Renatı komandanızda görmək istəyirsiniz?" sualına azarkeşlərin 68 faizi "hə" cavabını verib.

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. Forvard hələ əsas komandada debüt etməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest