Hesabında 2757 xal olan Teymur Rəcəbov 14-cü sıradakı mövqeyini qoruyub. Ondan 21 xal geri qalan Arkadi Naydiçin 20-ci yerdəki mövqeyi də dəyişməyib.

Şahmatçıların FİDE reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, dekabr reytinqində Azərbaycanın 9 şahmatçısı ilk "yüzlük"də yer alıb.

Bunlardan 6-sı kişi, 3-ü xanım zəka sahibidi. Kişilər asında ən yaxşı təmsilçimiz Şəhriyar Məmmədyarov 2817 xalla ötən ay olduğu kimi yenə dünya 3-cüsüdü. O, yalnız norveçli Maqnus Karlson (2835) və ABŞ təmsilçisi Fabiano Karuanadan (2832) geri qalır.

Hesabında 2757 xal olan Teymur Rəcəbov 14-cü sıradakı mövqeyini qoruyub. Ondan 21 xal geri qalan Arkadi Naydiçin 20-ci yerdəki mövqeyi də dəyişməyib.

2703 xala malik Rauf Məmmədov 2 pillə geriləyib və siyahıda 42-cıdı. Yenə 72-ci olan Eltac Səfərlinin aktivində 2671 xal var. Ondan 7 xal geridə olan Qədir Hüseynov isə 82-ci yerdə qalıb.

Qadın şahmatçıların siyahısında ən yaxşı təmsilçimiz Günay Məmmədzadədi. 2422 xala malik şahmatçımız 1 addım geriləyərək 47-ci yerdıdi.

2397 xalla 62-ci olan Xanım Balacayeva 1 pillə irəliləyib. 2 pillə geriləyən Gülnar Məmmədova 2368 xalla 99-cudu.

Qeyd edək ki, qadın şahmatçıların siyahısına çinli Yifan Hou başçılıq edir – 2662 xal.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest