Koronavirus pandemiyası İngiltərə Premyer Liqa klublarına ciddi maliyyə zərbəsi vurub. Matc.az xəbər verir ki, böhran səbəbindən 20 komandanın toplam 1 milyar funt sterliqndən məhrum olduğu bildirilir.

ötən mövsüm ilk dəfə İngiltərə klublarının ümumi gəliri 5 milyard funt sterlinqi keçdi. Bu il qazancın ciddi şəkildə azalmasına səbəb liqadakı uzun fasilə və qalan 92 oyunun azarkeşsiz keçirilməsidir. Komandalar 500 milyon təkcə yayım gəlilərindən itirib.

Hələlik yalnız "Mançester Yunyated" ötən ay xəstəliyin onlara 28 milyona başa gəldiyini açıqlayıb. Ancaq bu rəqəmin daha da artacağı vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest