"Qəbələ"nin boksçuları Ukraynada təlim-məşq toplanışına başlayıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, klubun boks bölməsinin rəhbəri Fariz Məmmədovun başçılığı altında Krivoy Roq şəhərinə yollanan idmançılar hazırlıq prosesi çərçivəsində klublararası beynəlxalq yoxlama turnirində də qüvvəsini sınayacaq.

Yarışda "Qəbələ" boksçuları ilə birgə toplanış keçən "Leather Gloves" (özbəkistan), DKD (Gürcüstan) və yerli KB-75 klubları da mübarizə aparacaq. Oktyabrın 10-da turnirin çəki mərasimi, püşkatma, həmçinin mətbuat konfransı təşkil olunacaq. Ertəsi gün komandalar arasında yarımfinal matçları baş tutacaq.

Oktyabrın 12-də isə final və 3-cü yer uğrunda matç keçiriləcək. Baş məşqçi Ramiz Mirkamilov bu görüşlərdə hazırlıq prosesinə qatılan 7 boksçuya güvənəcək. Bunlar Cavid çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqos (81 kq), Rahil Məmmədli (91 kq) və +91 kq çəki dərəcəsində çıxış edən Asəf Aslanlıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest