"Neftçi" müdafiəçi Donald Gerye ilə yollarını ayrıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsindən məlumat verilib.

Bildirilib ki, oyunçu ilə qarşılıqlı razılaşmaya əsasən müqaviləyə xitam verilib. Klub Geryeyə gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, futbolçu cari mövsüm "Neftçi"nin heyətində 14 oyun keçirib və bir qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest