"Azərbaycan son dünya çempionatının seçmə mərhələsində kifayət qədər yaxşı çıxış etmişdi. Onlar Norveçə qalib gəlmiş, Çexiyadan xal almışdılar. Biz isə zəif təsir bağışlamışdıq".

"Azərbaycanla oyun Kosovoda hamımız üçün hər şey demək idi". Matç.az saytı xəbər verir ki, bu sözlər Kosovo yığmasının hücumçusu Donis Avdiyaya məxsusdu.

22 yaşlı hücumçu ölkəsinin mətbuatına açıqlamasında Millətlər Liqasında pley-off mərhələsinə adlamalarını dəyərləndirib. "Villem II"nin üzvü böyük iş gördüklərini bildirib.

Avdiyay, xüsusən də, yığmamızı üstələməyi fərqləndirib: "Azərbaycan son dünya çempionatının seçmə mərhələsində kifayət qədər yaxşı çıxış etmişdi. Onlar Norveçə qalib gəlmiş, çexiyadan xal almışdılar. Biz isə zəif təsir bağışlamışdıq. Bu səbəbdən Azərbaycanı üstələyib qrup birincisi olmaq bizim üçün böyük uğurdu. Ancaq bununla kifayətlənmək fikrində deyilik. Bu uğurun davamını pley-offda gətirmək istəyirik. İşi yarımçıq qoymaq olmaz".

Qeyd edək ki, Bakıda millimizlə qolsuz bərabərə qalan Kosovo öz meydanında 4:0 hesablı qələbə qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest