Fransa Futbol Federasiyası İntizam Komitəsi “Monako”nun futbolçusu Gelson Martinesə sərt cəza verilib. Matc.az xəbər verir ki, buna səbəb Liqa 1-ın 22-ci turunda “Nim”ə qarşı keçirilən görüşdə baş verənlər olub.

Belə ki, sözügedən qarşılaşmada portuqaliyalı futbolçu hakim Mikael Lesagenin qərarlarına etiraz edib. Daha sonra o, ədalət təmsilçisini üzərinə gedib və onu itələyib.

Bu səbəbdən də İntizam Komitəsi futbolçunun 6 ay meydanlardan kənarlaşdırılmasına qərar verib. “Monako” klubu cəzanın ədalətsiz olduğunu və buna etiraz edəcəklərini açıqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest