Millətlər Liqasının qrup mərhələsinin son matçında Azərbaycan millisi üzərində qələbə Kosovoda böyük coşğu ilə qarşılanıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, futbol ictimaiyyəti ilə yanaşı, dövlət nümayəndələri də bu qalibiyyətə biganə qalmayıblar.

Kosovo prezidenti Haşim Taçi qarşılaşmadan dərhal sonra feysbuk səhifəsi vasitəsilə komandaya təşəkkürünü çatdırıb: "Siz möhtəşəmsiniz. Bizi qürurlandırdığınız üçün təşəkkür edirəm".

Parlamentin spikeri Kadri Veseli "Qəlbimiz sizinlədi. Kosovo övladları ilə fəxr edir", - deyərək qələbənin sevincini yaşayıb.

Baş nazir Ramuş Haradinay arzularının həyata keçdiyini vurğulayıb: "Qarşısıalınmaz, parlaq və ehtiraslı uşaqlarımız bu gün xəyalımızı gerçəkləşdirdi. Hər gün daha güclü, hər dəfə daha qürurlu oynayırlar".

ölkənin idman naziri Kuytim Qaşi isə tarixi zəfər əldə etdiklərini yazıb: "Futbolumuz tarix yazır. Kosovoya təbriklər".

Qeyd edək ki, yığmamız üzərində 4:0 hesabı ilə qələbə qazanan Kosovo Millətlər Liqasında pley-off mərhələsində adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest