“Tottenhem”in oyunçusu Lukas Moura UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Leyptsiq”ə qarşı keçirəcəkləri cavab görüşü barədə danışıb. Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu Almaniyadakı matçdan ümidli olduğunu bildirib:

"Hər şeyi dəyişə bilərik, oyun hələ bitməyib. Bu, gözlədiyimiz nəticə deyildi. "Tottenhem"ın qol vurma şansı oldu. Bəli, qarşılaşmanı uduzduq, amma hələ son deyil. Yaxşı hazırlaşmışıq və əminəm ki, daha da irəli gedə bilərik. Qol vura biləcək güclü futbolçularımız var. İki güclü forvardımız itirmişik. Ancaq buna görə ağlaya bilmərik”.

Qeyd edək ki, London təmsilçisi ilk görüşdə evdə 0:1 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest