Fransanın "Lill" klubunun futbolçusu Yusuf Yazıcı xoşagəlməz hadisə ilə üzləşib. Matc.az xəbər verir ki, bir müddət əvvəl zədələnən və əməliyyat olunmaq üçün İtaliyaya gedən Yusufun Fransadakı evi qarət olunub, maşını isə oğurlanıb. 
 
Fransa polisi hadisəylə bağlı araşdırma aparır.
 
Türkiyə millisinin də üzvü olan Yazıcı, zədə səbəbiylə uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest