"Gedəcəyim klubun adını açıqlamayacam. Menecerim bunun üzərində çalışır. Ancaq bu, yerli klub olmayacaq. Bu dəfə də ölkə xaricinə gedəcəm"

Bir müddət əvvəl "Sabah"dan ayrılan Hendrik Ekşteyn gələcək karyerasıyla bağlı açıqlama verib. Matc.az "goal.com"a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi vətəni Cənubi Afrikaya qayıtmaq istəmədiyini deyib:
 
"Gedəcəyim klubun adını açıqlamayacam. Menecerim bunun üzərində çalışır. Ancaq bu, yerli klub olmayacaq. Bu dəfə də ölkə xaricinə gedəcəm.
 
Cənubi Afrikadan – ölkəmdən də təklif var. Ancaq dürüst olmaq lazımdısa, geri qayıtmaq istəmirəm".
 
Ekşteyn 2019-cu ilin yayında "Sabah"a tansfer olunmuşdu. Cənubi afrikalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında 13 oyunda 3 qol vurmuşdu. "Sabah" dekabrın 23-də Ekşteynlə yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest