"Barselona" "Mançester Yunayted"in hücumçusu Markus Reşforddan vaz keçməyib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu gənc forvardla növbəti dəfə təmasa keçib.

İspanlar 22 yaşlı oyunçu üçün "mankunianlar"a 100 milyon avro təklif göndərib. Ancaq Reşford özü bu keçiddən imtina edib. O, karyerasını "Mançester Yunayted"də davam etdirmək fikrindədi.

Qeyd edək ki, Markus Reşford bu mövsüm keçirdiyi 21 oyunda 13 qol, 4 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest