"Zirə"nin futbolçusu Mfo Kqasvane növbəti dəfə milli komandasına dəvət alıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub feysbuk səhifəsi vasitəsilə yayıb.

Bildirilir ki, hücumçu Botsvana yığmasının Zimbabve və Əlcəzairə qarşı keçiriləcək Afrika Millətlər Kubokunun təsnifat oyunlarına çağırılıb.

Botsvana noyabrın 15-də Zimbabve, 19-da isə Əlcəzairlə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest